Selçuk İnan super liqaya geri dönüb - Klub xəbəri təsdiqlədi (Yenilənib)

img

07-03-2024 [18:09]


Bir neçə gün əvvəl təcrübəli məşqçi Marius Sumudicanı istefaya yollayan "Qaziantep FK" klubu yeni baş məşqçi ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub vaxtilə "Qalatasaray"ın kapitanı olmuş Selçuk İnanla böyük ölçüdə razılığa gəlib.

"Ajansspor"un xəbərinə görə, rumıniyalı çalışdırıcı Marius Sumudicadan dərhal sonra klub rəhbərlyi  Selçuk İnanla masaya oturub: "İnanın tezliklə rəsmi imza atacağı gözlənilir".

Xatırladaq ki, Selcuk İnan buna qədər "Kasımpaşa"nın baş məşqçisi olub. Bundan əlavə, o, 2020-ci ilin sentyabrından 2022-ci ilin yanvarına qədər “Qalatasaray”da köməkçi məşqçi vəzifəsində çalışıb.

***

"Qaziantep" Futbol Klubu baş məşqçi Səlcuq İnanla anlaşdıqlarını təsdiqləyib: "Klubumuz baş məşqçi Selçuk İnanla prinsipial razılığa gəlib. Selçuk İnan və komandası yekun danışıqları başa çatdırmaq üçün şəhərimizə dəvət olunub”.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq