İbrahim Üzülməz: "Komandamızın liqada qalması üçün əlimizdən gələni edəcəyik"

img

07-03-2024 [17:47]


“Siltaş Yapı Pendikspor”un iki həfət əvvəl baş məşqçisi təyin olunan İbrahim Üzülməz "TRT SPOR"a danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, komandanın sükanı arxasına keçəndən 3 gün sonra  "Konyaspor"a uduzmalarına təəssüfünü gizlətməyib: 

"Bu komandanın başında ilk olaraq "Konyaspor"la qarşılamanın nəticəsi pis oldu, amma sonumuz yaxşı olacaq. Komandamızın liqada qalması üçün əlimizdən gələni edəcəyik. "Konyaspor" matçında istədiyimiz startı ala bilmədik. Pis oynadıq. 3 gün futbolçularımızın yanında olduq. Onları mənəvi, psixoloji cəhətdən yüksəltməyə çalışdıq. Düşündüm ki, daha çox reaksiya verəcəklər. Çox yaxşı oynamasaq da, 4 qol epizodumuz ki, var, onları dəyərləndirə bilsəydik, bəlkə də xal və ya xallar ala bilərdik. Futbolçularıma inanıram. Oyunçuların özünə inamı üçün qığılcım lazımdır". 

Həftə sonu oynayacaqları "Fənərbağça" matçından söz açan Üzülməz bildirib ki, rəqib güclüdür: "Çətin matç olacaq. Oyunun favoritidir. Dünəndən bəri "Fənərbağça"nı təhlil etməyə çalışırıq. Bazar günkü matçı bizim üçün debüt matçı kimi görürük. İnşallah, "Fənərbağça" matçı ilə bir irəliləyiş əldə edəcəyik".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq