İsrail polisi HƏMAS liderlərindən birinin qızını həbs edib: "Saxlanılarkən ona zorakılıq göstərilib"

img

07-03-2024 [16:24]


İsrail polisi İordan çayının qərb sahilində fələstinli dinc əhaliyə qarşı basqınları davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Fələstinin WAFA Agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, bu gün İsrail poliis və hərbçiləri Tubasda 13, Nablusda 3, Beytüllahmda 6, Ramallahda 4-ü qadın olmaqla 10, Hebronda 2, Tulkərimdə 2, Cenində 1 fələstinlini heç bir qanuni səbəb olmadan həbs edib: "Ramallahda saxlanılanlar arasında İsrail həbsxanalarında saxlanılan HƏMAS liderlərindən olan Camal ət-Tavilin qızı jurnalist Büşra əl-Tavil də var. İsrail əsgərləri onu saxlayarkən döyüblər".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq