Milli Xalça Muzeyində rəssam Lalə Hüseynovanın “Toxunuş” sərgisi açılıb
07-03-2024 [12:46]
Martın 6-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Lalə Hüseynovanın “Toxunuş” adlı fərdi sərgisi açılıb.
Mia.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağəli İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbov, Xalq rəssamı Arif Hüseynov çıxış edərək gənc rəssamın yaradıcılığından danışıb, ona daha böyük uğurlar arzulayıblar.
Qeyd edək ki, sərgidə rəssamın böyük ilhamla yaratdığı, tamaşaçıları sirli-sehrli incəsənət aləminə səyahət etdirən 40-dan artıq əsəri nümayiş olunur. Onlar ənənəvi xalça sənətini müasir incəsənət növləri ilə birləşdirərək, milli irsimizi keçmişdən gələcəyə daşıyan özünəməxsus nümunələrdir. Burada müəllifin şəxsi kolleksiyasından qrafik əsərləri, Nihal Atsızın “Bozqurdların ölümü” kitabına çəkdiyi illüstrasiyaları, həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından nadir xalçalar yer alır.
“Toxunuş” sərgisi təbiətlə insanın minilliklər boyu davam edən ünsiyyətinin, möhtəşəm vəhdətinin sənət dili ilə ifadəsidir. Buradakı əsərlər 4 təbiət ünsürünün – su, od, hava və torpağın daxili monoloqunun, o cümlədən müəllifin sərhədsiz yaradıcılıq dünyasının, zəngin təxəyyülünün, duyğu və düşüncələrinin mücərrəd şəkildə təqdimatıdır. İnsanın ətraf mühitlə sıx qarşılıqlı əlaqəsini göstərən kompozisiyaların əsas ilham mənbəyi isə mədəni, tarixi cəhətdən dərin fəlsəfi məna daşıyan xalça motivləridir.
Sərgi martın 12-dək davam edəcək.
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ