Qəzzada 10 fələstinli həlak olub, xeyli yaralı var

img

07-03-2024 [09:08]


Təxminən 5 aydır davam edən hücumlar nəticəsində humanitar fəlakətin yaşandığı Qəzza zolağında ölüm halları pik həddə çatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə daha 10 fələstinli öldürülüb, xeyli yaralı var.

Bu barədə Fələstinin WAFA xəbər agentliyinin yaydığı məlumata görə, ötən gecə İsrail ordusu Nusayrat Qaçqınlar Düşərgəsinin qərbində, əksəriyyəti qadın və uşaqlardan ibarət köçkün fələstinlilərin sığındığı bir evi bombalayıb: "Nəticədə orada olan 5 nəfər ölüb, çoxlu sayda fələstinli yaralanıb. Hazırda dəqiqləşmə aparılır.

Bundan başqa, cənubda yerləşən Əl-Küveyt qovşağında humanitar yardım gözləyən fələstinlilərə atəş açılıb. Burada da 1 fələstinli ölüb, 9-u yaralanıb. Ölən və yaralılar şəhərin qərbindəki Şifa xəstəxanasına aparılıb. 

İsrail qüvvələrinin Qəzzanın qərbindəki Nablusi qovşağı yaxınlığında da fələstinliləri bombalayıb. Nəticədə 4 nəfər ölüb, 20 nəfər yaralanıb".

Agentlik bildirib ki, digər bölgələrdə də bombalanma və raket zərbələri olub: "Oradakı tələfat dəqiqləşdirilir".

Xatırladaq ki, indiyədək Qəzzada 30 min 717 fələstinli həlak olub, 72 min 156 nəfər isə yaralanıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq