Çempionlar Liqası: "Real" 1/4 finala yüksəlib - Arda Gülər yenə oyuna buraxılmadı

img

07-03-2024 [08:47]


Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda ötən axşam daha bir cütlük - “Real Madrid” və “RB Leypsiq” komandaları üz-üzə gəliblər. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Madriddə keçirilən oyun 1:1 hesabı ilə başa çatsa da, ilk oyunda 1-0 qalib gələn "Real Madrid" adını növbəti mərhələyə yazdırıb.

Oyuna gəldikdə, "Real Madrid"in 65-ci dəqiqədə Vinisius Juniorun qolu ilə hesabı açıb. Cəmi 3 dəqiqə sonra isə alman komandası hesaba tarazlıq gətirib. Villi Orban komandasına bərabərlik qazandıran qolu vurub - 1:1.

Beləliklə, "Real" adını son 8 komanda arasına yazdırıb. 

Onu da qeyd edək ki, bu oyuna da türkiyəli Arda Gülər ​​meydana çıxmayıb.

Xatırladaq ki, 1/8-ə martın 12-13-də keçiriləcək cavab görüşləri ilə yekun vurulacaq. Ayın 15-də 1/4 və yarımfinalın oyunlarının püşkatması olacaq.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq