Çempionlar Liqası: "Mançester Siti" Danimarka komandasını 3 qolla devirdi

img

07-03-2024 [08:44]


Çempionlar Liqasının 1/8 final oyunlarına start verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə “Mançester Siti” ilk oyunda 3-1 qlaib gəldiyi “Kopenhagen”i bu dəfə də eyni hesabla məğlub edib.

“Mançester Siti”nin qollarını 5-ci dəqiqədə Akanji, 9-cu dəqiqədə Julian Alvares, 45+3-də isə Erlinq Haaland vurublar.

"Kopenhagen"in yeganə qoluna isə 29-cu dəqiqədə Elyunuss imza atıb.

Beləliklə, ingilis komandası 1/4-ə yüksəlib.

Onu da qeyd edək ki, Çempionlar Liqasında 1/4 və yarımfinalın oyunları martın 15-də keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq