İsveçin NATO-nun 32-ci üzvü olacağı tarix açıqlandı

img

07-03-2024 [00:19]


İsveçin NATO-nun 32-ci üzvü olacağı tarix açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, martın 11-də Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında İsveçin üzvlüklə bağlı rəsmi mərasimi keçiriləcək.

Beləliklə, NATO-nun mənzil-qərargahında İsveçin 32-ci üzv kimi bayrağı dağlağalanacaq.

Xatırladaq ki, Türkiyədən sonra Macarıstan parlamenti fevralın 26-da İsveçin NATO-ya üzvlüyünə razılıq evrib.

Onu da qeyd edək ki, İsveç 18 may 2022-ci ildə NATO-ya üzvlük üçün rəsmi müraciət edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA