ABŞ-da prezident seçkisi: Trampın partiyadakı yeganə rəqibi geri çəkildi

img

06-03-2024 [23:12]


ABŞ-da 2024-cü il prezident seçkilərində "Respublikaçı"ların lideri Donald Trampın partiyadakı yeganə rəqib namizədi, ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli praymerizdən çəkilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Praymerizdə ikinci ən çox səs toplayan "Respublikaçı" namizəd Heyli Cənubi Karolina ştatında keçirdiyi mətbuat konfransında Donald Trampın öndə olmasını əsas gətirərək, belə qərar verdiyini bəyan edib: "İndi ölkəboyu onu dəstəkləməyənlərin səsini də qazanmaq Donald Trampın əlindədir. Bu səbəbdən kampaniyamı dayandırmağın vaxtıdır".

Heyli çıxışı boyunca Trampı dəstəkləyəcəyi ilə bağlı heç bir mesaj verməyib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA