Alman məşqçi Konfrans Liqasındakı türk komandası haqda danışdı: ""Fənərbağça ciddi rəqibdir"

img

06-03-2024 [17:23]


UEFA Avropa Konfrans Liqasının son 16 turunun ilk matçında sabah "Fənərbağça"nın səfərdə qarşılaşacağı Belçikanın "Union Saint-Gilloise" komandasının baş məşqçisi Alexander Blessin bu gün  mətbuat konfransı keçrib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, türk klubunun güclü olduğunu deyib: ""Fənərbağça"nın adı çəkiləndə, qarşısında hörmətlə dayanmalıyam. Həqiqətən güclü və yaxşı komandadır. Sabah bizə qarşı ciddi rəqib olacaqlar, amma vacib sual var: Konfrans Liqasına nə dərəcədə ciddi yanaşırlar? Çünki hazırda Türkiyə liqasında "Qalatasaray"dan 2 xal geri qalırlar. Üzərlərində ciddi təzyiq var. Bu baxımdan sabahkı matça nə dərəcədə önəm vermələri bizim üçün vacib faktor olacaq. Komandada çox keyfiyyətli futbolçular var. Bu oyunçuların sabah meydana hansının çıxacağı da önəmlidir. Konfrans Liqasında adətən Batshuayi oynayırlar, amma Dzeko da oynaya bilər"

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq