Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

img

04-03-2024 [18:01]


Sabah Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, iclasda Azərbaycanı komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclas çərçivəsində Hökumətlərarası Komissiyanın 19-cu iclasından ötən dövr ərzində görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, sənaye, tikinti, nəqliyyat və logistika, ekologiya, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, gənclər siyasəti və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Qazaxıstan tərəfdən komissiyanın həmsədri nəqliyyat naziri Marat Karabayevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR