Prezident ƏƏSMN-lə bağlı daha bir fərman verdi - DSMF sədri siyahıdan çıxarıldı 

img

04-03-2024 [10:07]


Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) kollegiyasının tərkibindən çıxarılıb.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Bununla da Nazirliyin kollegiyasının üzvlərinin sayı 15-dən 14-ə endirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri kollegiyanın tərkibinə 2022-ci ildə Baş nazir Əli Əsədovun qərarı ilə daxil edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR