İsrail Qəzzada humanitar yardım gözləyən fələstinliləri yenə bombalayıb - Xeyli sayda ölən və yaralanan var

img

04-03-2024 [00:18]


İsrail Qəzzada humanitar yardım gözləyən fələstinliləri yenə bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra açıqlama yayıb.

O iddia edib ki, İsrail ordusu Qəzzanın şimalında yüz minlərlə ac insana qarşı "sistemli soyqırım" siyasətini davam etdirir: "Bu gün də İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsindəki Deyr-Belahda humanitar yardım maşını hədəf alması nəticəsində 9 nəfər ölüb, onlarla insan yaralanıb".

Xatırladaq ki, İsrail ordusu fevralın 29-u səhər saatlarında Nablusi qovşağında humanitar yardım gözləyən fələstinliləri və maşınları bombalamışdı. Nəticədə 118 nəfər ölnüş, 760 nəfər isə yaralanmışdı.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq