Vilayət Eyvazov Şamaxıda qəbul keçirəcək

img

01-03-2024 [16:37]


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 28-də Şamaxı Rayon Polis Şöbəsinin binasında Şamaxı, Qobustan, Ağsu, Göyçay və İsmayıllı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 27.03.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq