Qurbanqulu Berdiməhəmmədov Ərdoğana orden verdi - İki ölkə arasında yeni anlaşmalar imzalandı

img

01-03-2024 [13:49]


Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Antalyada Türkmənistanın Ümummilli Lideri, sabiq prezident Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, görüşdə prezident Ərdoğana doğum günü münasibəti ilə Türkmənistan tərəfindən verilən "Türkmən xalqının fəxri ağsaqqalı" ordeni təqdim olunub. Prezident Ərdoğan buna görə Berdiməhəmmədova xüsusi təşəkkür edib.

Daha sonra tərəflər arasında ikitərəfli əlaqələr, regional və qlobal problemlər, İsrailin günahsız mülki şəxslərə qarşı sistemli hücumları müzakirə edilib.

Prezident Ərdoğan Türkmənistanla ticarət həcminin 5 milyard dollar səviyyəsinə çatması üçün səylərin artırılmasının vacibliyindən söz açıb.

Daha sonra ölkə liderlərinin iştirakı ilə “Təbii qaz sahəsində əməkdaşlığın inkişafı üzrə Qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Neft və Təbii Qaz Sahəsində Əməkdaşlığa dair Niyyət Bəyannaməsi” və “Türkmənistan Hava Yolları ilə Türk Hava Qüvvələri Universiteti arasında Anlaşma Memorandumu” Türkiyə ilə Türkmənistan nümayəndələri arasında imzalanıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR