Xalq artistinin qızı boşandı və fotoları yayıldı - FOTOLAR

img

21-06-2014 [18:41]


Xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva həyat yoldaşından ayrılıb.
 

Bir müddətdir boşanan cütlük hadisəni mediadan gizli saxlamağa çalışıb.


Flora Kərimova əməkdaşımızla söhbətində məlumatı təsdiqləyib. O deyib ki, bu barədə geniş danışmaq istəmir:


"Bəli, doğrudur. Amma məsələnin heç kimə aidiyyatı yoxdur. Mən anayam, sizin sualınızı cavablandırmaq mənə çətindir. Rica edirəm, bununla bağlı daha heç kim mənlə əlaqə saxlamasın”.


Qeyd edək ki, Zümrüd və Nazim 10 ilə yaxındır evli olublar. Onların bu izdivacdan övladları dünyaya gəlməyib.

Keçmiş kürəkən isə iyunun 28-də yenidən ailə həyatı qurmağa hazırlaşır. O, "Karvan" restoranında baş tutacaq toyuna şou-biznesin tanınmış nümayəndələrini də dəvət edib. /Axşam.az/


Digər xəbərlər
SON XƏBƏRLƏR