BMT rəsmisindən Suriya ilə bağlı açıqlama: "16,7 milyon insan humanitar yardıma möhtacdır"

img

28-02-2024 [00:11]


"Suriyada 16,7 milyon insan humanitar yardıma möhtacdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər koordinatoru Martin Qriffits Təhlükəsizlik Şurasının Suriya üzrə sessiyasında çıxışında deyib.

O, ötən ilin fevralın 6-da Türkiyə və Suriyada baş verən güclü zəlzələdən söz açaraq qeyd edib ki, həm bu, həm də Suriyada 12 ildən çox davam edən daxili savaş səbəbiylə milyonlarla insan evindən, işindən didərgin düşüb: "Milyonlarla insan hələ də çadırlardan əzab içində - ac, dərman çatımazlığı altında yaşayır. Haazırda Suriya əhalinin 1/4-i, yəni təxminən 16,7 milyonu böyük humanitar yardıma möhtacdır. Beynəlxalq ictimaiyyət buna laqeyid qala bilməz. Biz mövcud vəziyyətin davam etməsini qəbul edə bilmərik".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq