Avstriyanın Zalsburq şəhərində Xocalı şəhidlərinin xatirəsi anılıb - FOTOLAR

img

27-02-2024 [10:32]


Fevralın 25-də Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib.

Bu barədə Mia.az-a verilən məlumata görə, gün ərzində Azərbaycan Evində Xocalı soyqırımına həsr olunmuş guşədə kitab, broşür və informasiya materialları nümayiş etdirilib, faciəyə dair videoçarxlar göstərilib.

Tədbiri giriş sözü ilə açan Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov 32 il bundan 1992 ci ildə  Ermənilərin vəhşiliklə qətlə yetirdikləri  Xocalı qurbanlarının əziz xatirəsinə ehtiram olaraq 1 dəqiqəlik sükut elan edib, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə həsr olunmuş nitq söyləyib.

Avstriya Respublikasına səfərdə olan tədbirədə qonağ qismində qatılan İlahi mahnılar ifaçısı Aydın Rzayev şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirib.

Zalzburg şəhərində fəaliyyət göstərən Əhli-Beyt məscidinin axundu Hacı Əli Xocalı qurbanlarının eləcədə Azərbaycanın azaldığı uğrunda canını fəda edən şəhidlərimiz üçün Müqəddəs Qurandan ayələr oxunub şəhidlərin ruhuna dualar edilib. Tədbirdə ehsan süfrəsi açılıb.

Mərasimdə Azərbaycan və Türkiyə diasporunun üzvləri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq