Prezident: "Gələn il Ağdama ilk köç başlanacaq"

img

26-02-2024 [17:17]


"Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq".

MİA.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlət başçısı deyib: “Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni, quruculuq işləri geniş vüsət alır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq