Sabiq baş nazir: "Britaniyanın "dərin dövlət" idarə edir, seçilmiş hökumətin təsiri yoxdur"

img

26-02-2024 [09:11]


5 sentyabr 2022-ci ildə Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində indi Baş nazir Rişi Sunakı məğlub edərək sentyabrın 6-da baş nazir vəzifəsinə seçilən, cəmi 49 gü sonra - 20 oktyabr 2022-ci ildə baş nazir və partiyasının sədr postundan istefa verməyə məcbur qalan Liz Truss ABŞ-da maraqlı açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ölkəsinn "idarıetmə model"indən söz açaraq demokaratik yolla seçilən baş nazirin hər hansı bir ciddi təsir mexanizminə malik olmadığını iddia edib.

Liz Truss ABŞ-ın Merilend ştatında Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında çıxış edərək biidirib ki, özü 49 günlük hakimiyyəti dönəində "bürokratik güclər"in qurbanı olub: "Vəzifəyə gələndə "Brexit" zamanı insanların dediyi kimi nəzarəti ələ keçirməyə can atdım, ancaq elə basqılarla üzləşdim ki... Bürkoratlar qarşımı kəsdi, onlar işləməyə imkan vermədi, hökuməti faktiki blokladılar...".

Sabiq baş nazir daha sonra ölkəsndəki idarəetmə formasından danışıb: "Britaniya rəhbəriyi son 30 ildə yalnız "seçilmiş siyasətçilər"dən  - "Quango", bürokrat və hüquqşünaslardan ibarət şəxslərin təsiri ilə davranır. Demokratik yolla seçilmiş hökumət burada heç nə edə bilmir.  Hə, "Quanqo" terminin nə olduğuna gəldikdə, bu şəbəkə qeyri-hökumət təşkilatına bənzəyir. ABŞ-da siz buna "inzibati idarəetmə" və ya "dərin dövlət" deyirsiniz. Amma İngiltərədə 500-dən çox "quanqo" var və onlar hər şeyi idarə edir. Britaniya büdcəsi və mərkəzi bankəna qədər hər şey bu "quango"nu nəzarətindədir. Onlar qətiyyən hazırkı sistemi dəyişməyə istəmirlər...".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq