Netanyahu: "Rəfaha hücumu ləngidə bilərik, əgər..." - "Savaş bir neçə həftəyə tamamlanacaq”

img

26-02-2024 [00:05]


"Əgər əsir mübadiləsi razılaşması olarsa, Rəfaha hücumu ləngidə bilərik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-ın "CBS News" telekanalına müsahibəsində deyib.

Netanyahu bəyan edib ki, əks halda Rəfaha 1,5 milyon insanın sığınmasına baxmadan hücum əməliyyatını davam etdirmək zorunda qalacaqlar: “Hər kəs bilsin ki, HƏMAS-ın 24 batalyonundan 18-ni məhv etmişik. Qalanlaır da Rəfaha hücumla dəfn edəcəyik. Bu proses bəzilərinin düşündüyü kimi, aylar sürməyəcək, cəmi bir neçə aya HƏMAS-ın qalıqlarının tamamilə yox edilməsinə nail olacağıq. Biz, əslində, artıq savaşı bitirmək üzrəydik. Lakin əsir mübadiləsi ilə bağlı son təklifə görə bir az gecikdik. Amma dediyim kimi, şərtlər nə olursa olsun, bu hücum mütləq olacaq".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq