Mətanət İsgəndərlinin keçmiş qaynanası: "Narkomanlıq onun əməllərinin yanında heç nədir"

img

20-06-2014 [14:24]


Əməkdar artist, tanınmış müğənni Mətanət İsgəndərlinin AzNews.az saytının baş redaktoru Elçin Zahiroğluna və saytın müxbiri İntqam Valehoğluna qarşı məhkəmə iddiası davam edir. Belə ki, müğənninin şikayət ərizəsi əsasında hər iki jurnalist Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə təqsirləndirilir. Xatırladaq ki, saytda gedən yazıda müğənninin narkotik asılılığından əziyyət çəkdiyi bildirilirdi. Həmçinin İsgəndərlinin keçmiş həyat yoldaşı Oruc Həmidovun onun barəsində səsləndirdiyi fikirlər yer almışdı: 

"Mən Mətanəti evdən artıq onun hərəkətlərinə dözə bilmədiyim üçün qovmuşam. O zaman Mətanət müğənni deyildi, amma hər evə gələndə gözləri parıldayır və ağzından konyak iyi gəlirdi”. 

Aktual.az
-ın əməkdaşı məsələ ilə bağlı M.İsgəndərlinin keçmiş qaynanası Sitarə Həmidova ilə əlaqə yarada bilib. S.Həmidova əməkdaşımızın sualını aqressiv qarşlayıb:

"Mən bu məsələ haqda heç nə bilmirəm, heç nə də danışa bilmərəm. Narkomandırsa da özü bilər, narkoman deyilsə də. O adamın adını belə eşitmək istəmirəm. Narkomanlıq onun əməllərinin yanında heç nədir. Onun özünün yox, qardaşının narkoman olduğumu eşitmişdim. Amma sonra müalicə olundu, deyəsən”. 

Qeyd edək ki, sözügedən məsələylə bağlı Nərimanov rayon məhkəməsində iyunun 25-ə məhkəmə baxış iclası təyin olunub. 
Müğənni həm yazının müəllifini, həm də saytın baş redaktorunu həbs etdirməkdə israrlıdır(aktual.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR