FRANSA ERMƏNİSTANI SİLAHLANDIRIR: "Ehtiyac olsa, qısa, orta və uzun mənzilli raketlər də veriləcək" - Müdafiə naziri İrəvanda Paşinyanla görüşdü, yeni mesajlar verildi

img

23-02-2024 [21:28]


Fransanın müdafiə naziri Sebastyan Lekornu Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyan və Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.

Mia.az xarici mətbuata xəbər verir ki, o, İrəvanda ölkəsinin Ermənistana  qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə sistemləri göndərməyə ahzır olduğunu bəyan edib.

Ermənistan hökumətinin YouTube səhifəsində canlı yayımlanan görüşdə baş nazir Nikol Paşinyan Fransa ilə müdafiə sahəsində əməkdaşlıq əlaqələrinə toxunub.

Paşinyan bəyan edib ki, Lekornunun səfəri Fransa müdafiə nazirinin ilk səfəri olub və bu, Ermənistanın müdafiə və təhlükəsizlik sahəsində oriyentasiyalarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məlumata görə, tərəflər Ermənistan ordusunda islahatlar, hərbi təlim, döyüş hazırlığı və digər sahələrlə bağlı əməkdaşlıq məslələrini də razılaşdırıblar.

“Armenpress”in xəbərinə görə, fransalı nazir Paşinyanla görüşdən sonra müdafiə naziri Papikyanla da təkbətk və geniştərkibdə müzakirələr aparıb.

Görüşdə müdafiə və təhlükəsizlik sahəsində yeni sazişlər imzalanıb.

Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən erməni nazir bildirib ki, Fransa ilə hərbi əməkdaşlıq üçüncü ölkələrə yönəlməyib: "Rusiya və digər tərəfdaşlar bu qərarımıza hörmət etməlidir. Bizim həm Fransa, həm İran, həm də hər kəslə əməkdaşlıq etmək haqqımız var. Hər kəs bunu bilməlidir. Fransız dostlaırmız bizim İranla əməkdaşlığa hörmət edirlər, iranlı tərəfdaşlar əskinə Fransa ilə müttəfiqliyimizə müsbət baxırlar".

Fransanın müdafiə naziri Lekornu isə qeyd edib ki, Ermənistana silah-sursat, o cümlədən gecəgörmə texnikası verildiyini təsdiqləsə də, detallara toxunmayıb: “Hava hücumundan müdafiə sistemlərinə gəlincə, Ermənistana lazım olarsa, qısa, orta və uzun mənzilli raketlər də veriləcək. Bununla bərabər, yaxın günlərdə “Bastion” tipli zirehli döyüş maşınları da Ermənistana təqdim olunacaq".

Xatırladaq ki, Fransa ilə Ermənistan arasında silah satışı və hərbi yardım haqqında saziş 2023-cü ilin oktyabrında imzalanıb.

Sosial şəbəkələrdə isə “Bastion” zirehli transportyorlarının Ermənistana göndərilməsinin görüntüləri paylaşılıb.

Fransa prezidenti Emmanuel Makron fevralın 21-də Yelisey sarayında Paşinyanla görüşündə Ermənistana hərbi strateji infrastrukturun inkişafında dəstəyini davam etdirəcəklərini bəyan edib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq