SABİQ NAZİR HAKİM TƏYİN OLUNDU - Milli Məclis təqdimata "hə" dedi, Fikrət Məmmədov kollektivə təqdim edildi (Yenilənib)

img

23-02-2024 [18:29]


Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Mia.az xəbər verir ki, parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Fikrət oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb.

Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, F.Məmmədov az əvvələ qədər ədliyyə naziri olub.

***

Konstitusiya Məhkəməsinin yeni təyin edilmiş hakimi Fikrət Məmmədov kollektivə təqdim olunub.

Mia.az xəbər verir ki, tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin təqdimatına əsasən Milli Məclis tərəfindən hakim vəzifəsinə təyin olunması münasibətilə Fikrət Məmmədovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

F.Məmmədov göstərilən etimada görə dövlət başçısına təşəkkürünü ifadə edərək hakimlik fəaliyyətində də səylərini əsirgəməyəcəyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq