"Azərbaycan gözəli" xuliqanlıq edib - Hökm

img

20-06-2014 [12:52]


"Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanovaya ölkədən kənara çıxmağa qadağa qoyulub.

AzVision.az-ın əldə etdiyi məlumata görə, C.Qurbanova xuliqanlıq maddəsi ilə ittiham olunduğunun onun ölkədən kənara çıxmasına icazə verilmir.

Belə ki, C.Qurbanovaya xuliqanlıq maddəsi ilə 4 il icbari iş verilibmiş. Hazırda isə onun 2 ili qaldığından ölkədən kənara çıxa bilmir.

C.Qurbanovanın icbari iş almasından "Miss Azerbaijan 2014” müsabiqənin təşkilatçıları xəbərsiz olub. Hazırda onun "Azərbaycanı "Bəşəriyyət gözəli 2014” (Miss Universe 2014) müsabiqəsində kimin təmsil edəcəyi sual altındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR