TÜRKİYƏ BU ÖLKƏNİN DƏNİZ SAHİLİNİ QORUYACAQ - 10 illik anlaşma qüvvəyə mindi

img

22-02-2024 [15:48]


Türkiyə son illər Afirka qitəsində siyasi və hərbi gücünü sürətlə artırır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qardaş Türkiyə Afrikanın mühüm ölkələrindən sayılan Somali ilə anlaşmaya əsasən, 10 il həmin ölkənin dəniz sərhədini qorumaq haqqı əldə edib.

Bu barədə anlaşma Somalı parlamentində təsdiqləndikdən sonra prezidenti Həsən Şeyx Mahmud Türkiyə ilə Somali arasında imzalanan Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişinin təfərrüatlarını açıqlayıb. 

O, iki ölkə arasında ortaq dəniz qüvvələrinin yaradılacağını qeyd edərək, bildirib ki, bu mühüm anlaşma ölkəsinə böyük güc qazandıracaq: "Türk qardaşlarımız bu müqavilə çərçivəsində təkcə 10 il dəniz sərədlərlərimizi qorumayacaq, həm də Somalının hərbi zəniz donanmasının yaradılması və güclənməsini təmin edəcək. Nəhayət, 10 illik əməkdaşlıqdan sonra dənizləri qoruyacaq güclü bir donanmamız olacaq".

Türkiyə ilə sazişin Somalidə terrorla mübarizə, xarici təhdidlər, dəniz quldurluğu və qeyri-qanuni balıq ovu, sahillərin qorunması və dəniz ehtiyatlarının inkişafı kimi sahələri əhaət etdiyini vurğulayan ölkə başçısının sözlərinə görə, dünyada belə bir anlaşmanın analoqu yoxdur: "Qardaş Türkiyənin bizə belə jestininn dünyada başqa bir nümunəsi yoxdur".

Şeyx Mahmud qeyd edib ki, Türkiyə dəniz qüvvələrinin ölkənin dəniz boyunca sərhədinə yerləşməsi qonşu Efiopiya və ya hər hansı digər ölkəyə qarşı düşmənçilik məqsədi daşımadığını bəyan edib.

Xatırladaq ki, fevralın 8-də Türkiyə ilə Somali arasında müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edən Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi imzalanıb.

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq