Yaponiya Qəzzaya 32 milyon dollarlıq humanitar yardım göndərəcək: "Narahatıq"

img

22-02-2024 [09:55]


Yaponiya Qəzzaya 32 milyon dollarlıq humanitar yardım göndərəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Yaponiyanın xarici işlər naziri Kamikava Yoko Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında deyib.

Nazir qeyd edib ki, Qəzza zolağındakı humanitar vəziyyət ciddi narahatlıq doğurur: "İsrailin Rəfah şəhərinə hücumlarından dərin narahatıq. Qəzzada humanitar fəlakət yaşanır. Bunu nəzərə alan ölkəmiz Qəzzada yaşayan mülki şəxslərə 32 milyon dollar dəyərində əlavə humanitar yardım göndərməyi planlaşdırır. Yardım beynəlxalq qurumlar vasitəsilə regiona göndəriləcək".

Xatırladaq ki, Yaponiya hökuməti bundna əvvəl 70 milyon dollarlıq humanitar yardım göstərib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq