"Bu, təkcə bizdən asılı deyil" - Hodson

img

20-06-2014 [10:53]


"Suaresin bu oyuna belə hazır olması məni təəccübləndirmədi. Matçdan öncə onun meydana çıxacağı haqda məlumatımız yox idi. Çünki baş məşqçiləri Oskar Tabarez Suaresin tam hazır olmadığını deyirdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri İngiltərə yığmasının baş məşqçisi Roy Hodson "DÇ-2014"də Uruqvayla oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının qrupdan çıxmaq şansının çox az olduğunu bildirib: "Uzun müddət Suaresi zərərsizləşdirməyə çalışdıq. Ancaq ötən mövsüm İngiltərə Premyer Liqasının ən yaxşısı olan futbolçu qol vurmaq üçün iki şans əldə etdi ki, bunu da maksimum dəyərləndirdi. Buraxılan qollarda təkcə müdafiəni günahlandırmaq istəmirəm. Qrupdan çıxmaq şansımız çox azdır. Bu təkcə bizdən asılı deyil. Tarixdən də bilirik ki, mundial Cənubi Amerikada keçirildiyində çempion yerli komandalar olur. Ancaq mən Avropa komandalarının turnirdə yaxşı futbol nümayiş etdirəcəklərinə inanıram. Bununla belə, Cənubi Amerika təmsilçilərinin mundiala yaxşı başladıqları göz qabağındadır".

Qeyd edək ki, "DÇ-2014"də ikinci matçında Uruqvaya 1:2 hesabı ilə uduzan İngiltərə yığması qrupdan çıxmaq şansını xeyli azaldıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA