Qarabağ zonasında daha 886.1 hektar ərazi minalardan təmizlənib

img

19-02-2024 [17:43]


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Mia.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 12-18 fevral 2024-cü il tarixi ərzində 46 tank əleyhinə mina, 33 piyada əleyhinə mina, 525 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin, 886.1 hektar ərazi minalardan təmizlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR