Prezidentin çıxışında möhtəşəm detal – 200 milyon əhalisi olan “dövlət”... (TƏHLİL)
16-02-2024 [17:26]
44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri fonunda Azərbaycan 30 illik işğala və 200 illik separatizmə son qoydu. Prezident İlham Əliyevin fevralın 7-də növbədənkənar prezident seçkiləri zamanı Xankəndidə səs verməsi də özünün dediyi kimi, “erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
Bakının separatizmə və işğala son qoyması xarici siyasi kursunun dəyişməsini zəruri edirdi, çünki 30 ildən artıqdır ölkənin xarici siyasət kursu Qarabağın işğaldan azad edilməsi üzərində qurulmuşdu. Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində rəsmi Bakının yeni xarici siyasət kursunu elan etdi. Belə ki, dövlət başçısı çıxışı zamanı “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir” dedi.
Əliyev fərqindədir ki, hazırda bizə yaxın iki qütb, güc mərkəzi var: Qərb və Rusiya. Təbii ki, ABŞ, Çin kimi güc mərkəzləri də mövcuddur, lakin regiona uzaqlığı səbəbindən bunları çıxdaş etmək olar. İndiki məqamda Azərbaycan nə Qərbi, nə də Rusiyanı seçmək istəyir, əvəzində iki qütb arasında manevr imkanlarını genişləndirmək, daha güclü mövqe tutmaq üçün öz cəbhəsini qurur.
Bakının TDT-yə fokuslanmasının digər səbəbi də KTMT və NATO-nun gələcəyinə dair məyusedici proqnozlardır. Bakı yeni nizama uyğun hərəkət etmək istəyir və indidən uzaqgörən siyasət yürüdür. Daha dəqiq desək, gələcəkdə yaranacaq ehtimal güc boşluğunu TDT ilə doldurmaq istəyir.
Təbii ki, bu, uzun bir prosesdir və ehtimal təzyiqlər istisna deyil. Buna görə Azərbaycan hələlik həmin güc mərkəzlərini qıcıqlandırmaq və diqqətləri üzərinə çəkməmək üçün əməkdaşlıq və adminstrativ məsələlərə fokuslanır. Əliyevin çıxışında qeyd etdiyi “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözləri də bundan xəbər verir.
Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı və ya digər adı ilə “Turan birliyi” türk dünyasında reallaşması üçün çalışılan bir hədəfdir. Xüsusilə SSRİ-nin parçalanması və 5 türk respublikasının müstəqillik əldə etməsi ilə bu, siyasi motiv qazanıb. TDT-nin yaranması və təşəkkülündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri misilsizdir.
Azərbaycan həm də TDT-nin siyasi ideologiyasını təqdim edir. Yəni Bakının TDT-yə baxışı heç də klassik turançılıq ideologiyasına əsaslanmır. Azərbaycan qarşılıqlı iqtisadi, diplomatik, mədəni, dini əlaqələrin genişlənməsi, əməkdaşlıq perspektivlərinin artırılması, habelə mümkün variantda siyasi və hərbi güc halına gəlməsini prioritet hesab edir. Yəni klassik turançılıqda qeyd edildiyi kimi, başqa ölkələrə ərazi iddiası irəli sürmək ya da həmin ölkələrdə yaşayan türk xalqını ayağa qaldırmaq kimi destruktiv yanaşmalar siyasi kursa daxil deyil.
Bakının TDT-yə yanaşmasını “Neoturançılıq” adlandırmaq olar . Yəni ümumilikdə təxminən 200 milyon əhalisi olan türk dövlətləri bir alyansda birləşməli, lakin bu alyans regiona təhdid yaratmamalı, daha çox təhlükəsizliyi özündə ehtiva etməlidir.
Əliyevin “Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik” sözlərini ümumi yol xəritəsi hesab etmək olar.
Yəni konkret coğrafiya var və bu coğrafiyada bir hərbi güc yaranmalı, iqtisadi baxımdan bu gücün davamlılığı qorunmalı, təbii sərvətlər əsasında iqtisadiyyat ayaqda qalmalı, nəqliyyat infrastrukturla şərqdən qərbə tranzit, ticarət təmin edilməli və gənc, dinamik artan türk xalqı ilə gücün gələcək nəsillərə ötürülməsi reallaşmalıdır.
Nəticə etibarilə Bakının xarici siyasi kursunda bu siyasi coğrafiyaya ağırlıq verməsi Azərbaycanın önündə yeni perspektivləri aça bilər.
Turan Rzayev
MİA.AZ
Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər
Prezident İlham Əliyev fərman imzaladı - Dəyişiklik
“Nizami” kinoteatrı ilə bağlı müəmma: proses necə həll ediləcək?
"Fənərbağça"dan Dzeko ilə bağlı açıqlama: "Yalan xəbərdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
KTN bu TV-yə 32 min pul verəcək - Təbliğat üçün
Ceyhun Bayramov Əlcəzair XİN başçısı ilə görüşüb - Qətərdə
Şuşaya gələn ay 20 ailə köçürüləcək - Püşk atıldı
"İttiham xarakterli iddiaları qətiyyətlə rədd edirik" - Mətbuat katibindən nazirin fikirləriə sərt reaksiya
Müsavatda qurultay: Osman Kazımov namizədliyini geri götürüb
Səhiyyədə daha bir şübhəli tender: niyə ən yuxarı qiyməti təklif edən şirkət qalib elan edilib? (SƏNƏDLƏR)
ATV telekanalının sabiq prezidentinin həbs müddəti uzadılıb
Bakı Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin keçmiş müdiri "Oba"nı məhkəməyə verdi - Qalmaqal
Müxalif lider spikerin üzünə belə dedi: "Qanunlara əməl edilməyəcəksə, onu dəyişdirsək, nolur ki?"
Doha Bəyannaməsi: Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib
Deputat onu qınayanlara sərt cavab verdi: “Əşşi, heç vecimə də deyil o saytlar nə yazır”
May ayında 5 bürcün sahiblərini uğurlu günlər gözləyir - SİYAHI
Millimiz yoldaşlıq oyunu keçirəcək
Səhiyyə Nazirliyinin tabeliyindəki qurumda əməliyyat: vəzifəli şəxslər saxlanılıb? (Yenilənib)
Keniyada güclü daşqın: ölənlərin sayı 169-a çatıb
Ceyhun Bayramov Qətərin baş naziri ilə müzakirə aparıb
"Abzas Media" işi: Elnarə Qasımova həbsdən buraxılmadı
Külək güclənəcək, sel olacaq - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlanıb
Hərbi xidmətə çağırış: müayinə qaydası dəyişir
Abid Şərifovla "Rabitəbank"ın arasında nə baş verir? - Qalmaqal
Aktrisa aktyorla sevgisini etiraf elədi: "Çox xoşbəxtəm”
Komissiya itkin düşmüş şəxslərin adlarını açıqladı - SİYAHI
Bakıda 1 762 600 ədəd aksiz markasız tütün məmulatı aşkarlanıb
Girovgötürmə, zorlama və...- Bakı şəhər İcra Hakimiyyətinin xanım işçisi ilə bağlı sensasion məhkəmə işi....
Vilayət Eyvazov baş inspektoru rəis təyin edib
Dövlət Komitəsinin məsul şəxsinin oğlu elə hərəkət edib ki...
Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib - Nələr müzakirə olunub?
Xalq artisti efirdə ağladı: “Ona halallıq vermirəm” - VİDEO
Bayden Misir prezidenti və Qətər əmirindən HƏMAS-a təzyiq etmələrini istədi: "Əgər İsrailin təklifi qəbul ediləsə..."
Keçmiş spiker maraqlı fakt açıqladı: "Əlindən tutub deputat elədiklərim qaçıb gizləndi..." - "O, mənim qəhrəmanımdır"
"Fənərbağça" pulsuz göndərdi - PAOK "can çəkir"
TÜRKİYƏDƏ DAHA 6 MAFİYA ÇÖKƏLDİLDİ - 46 nəfər saxlanılıb
Aralıq dənizində yenə zəlzələ olub
Azərbaycan nefti bir dollara yaxın ucuzlaşıb
Laçın və Zabux kəndinə növbəti köç olub
12 milyonluq ulduz indi cəmi 21 manata futbol oynayır - Açıqlama