CHP-nin "Əfsanəvi başqanı" istefa verdi: "Partiya artıq bizim partiyalıqdan çıxıb"

img

15-02-2024 [16:35]


"Əfsanəvi başqan" kimi tanınan Osman Özgüven İzmirin Dikili rayonunda bələdiyyə sədr vəzifəsiondə namizəd məsələsi səbəbindən illərini sərf elədiyi CHP-dən istefa verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Dikili rayonunun hazırkı Bələdiyyə başçısı Adil Kırgözün yenidən namizəd olmasını qəbuledilməz sayıb.

O, Adil Kırgözlə bağlı qərara yenidən baxılaraq, yanlışdan dönməyi vacib sayıb: "Təəssüf ki, Cümhuriyyət Xalq Partiyasında (CHP) dəyişikliklə bağlı ümidlərimiz puça çıxdı. Sədr Özgür Özəl və rəhbərliyi Türkiyə ictimaiyyətinə partiyamızı öz oxuna - sosial-demokratiya xəttinə qaytaracaqları barədə vədlərə əməl etmədilər. Üstəlik, bələdiyyə sədrliyinə namizəd seçimlərinə də kobud müdaxilələr edərək, vətəndaşlarımızın qəlbini qıran, seçicilərə hörmət etməyən, çürük qərarlar qəbul ediblər. Bu səbəbdən başda Özgür Özəl olmaqla mərkəz rəhbərliyindən çox məyus oldum. Mənim 81 yaşım var. Aktiv siyasi həyatıma son qoyduğum vaxtdan 11 il keçir. Mənim şəxsi gözləntim yoxdur. Mənim heç vaxt şöhrət, tərif, mükafat və ya qazanc ambisiyalarım olmayıb. Ümid edirəm ki, bizim partiyada islahat hərəkatı baş versin. Ümidim keçmişdə Dikilidə tətbiq etdiyimiz və məndən sonra ləğv edilən sosial bələdiyyə təcrübələrini yenidən canlandırmaq idi. Partiya rəhbərliyi xalqdan böyük deyil. "Didili qərarı yenidən nəzərdən keçirilməli və səhv düzəldilməlidir” dedim. Ancaq olmadı. Həyatının əhəmiyyətli bir hissəsini verdiyim, demokratiya və sülh uğrunda mübarizəyə sadiq bir insan kimi çox səy göstərdiyim partiyamdan istefa verirəm. Çünki  bu CHP bizim partiyamız olmaqdan çıxdı".

Xatırladaq ki, CHP lideri Özgür Özəl dekabrın 14-də Ankara Müasir İncəsənət Mərkəzində sənədli film nümayişindən sonra Özgüvənin əlindən tutaraq səhnəyə çıxıb və “Əgər Osman Özgüven 2012-ci ilin dekabrında Dikili Bələdiyyə Başçısı olmasaydı, 1984 və 1994, bu gün Özgür Özel burada olmazdı. Onu bir ata kimi sevirəm" demişdi...

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR