Baş məşqçi: "Sizə gözəl və əyləncəli matç göstərmək istəyirik"

img

14-02-2024 [17:09]


"Kocaelispor" Trendyol 1-ci Liqasının 23-cü həftəsində "ASTOR Enerji Şanlıurfaspor"la matçın hazırlıqlarını davam etdirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunla bağlı "Kocaelispor"un tanınmış baş məşqçisi Ərtoğrul Sağlam jurnalistlərə müssahibə verib.

O, "Sizə gözəl və əyləncəli matç göstərmək istəyirik", - deyərək, hər komandanın rəqibindən xal ala biləcəyini ifadə edib.

"Azarkeşlərimizin "Eyüpspor" matçında olduğu kimi, bu həftəki matçda da bizə dəstək olacaqlarını düşünürəm. Bundan sonra bütün oyunlarda qaələbə qazanmalıyıq. Buna inanıram". 

Sağlam cəzalı futbolçularının olduğunu və bu səbəbdən bəzi mövqedə dəyişiklik edə biləcəklərini istisna etməyib.

Fərid Aslan

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq