"Trabzonspor"un əfsanəsi qolçusu elə komanda ilə müqavilə imzaladı ki...

img

13-02-2024 [15:55]


"Trabzonspor"un əfsanəvi qolçusu, 43 yaşlı İbrahima Yattara şok müqavilə imzalayıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, hazırda Sivas Super Həvəskarlar Liqasından Regional Həvəskarlar Liqasına yüksəlmək üçün mübarizə aparan “İmranlıspor”a transfer olunub.

Məlumata görə, "İmranlıspor" Klubu Yattara ilə pley-off matçları üçün müqavilə imzalayıb. 

İstanbulda keçirilən imza mərasimində "İmranlıspor" Klubunun prezidenti Adnan Avcı və klubun hüquqşünası Enes Yüksel də iştirak edib.

Fevralın 18-də başlayacaq pley-off matçlarında çıxış edəcək İbrahim Yattaranın yaxın günlərdə İmranlıya gedərək komanda ilə məşqlərə başlayacağı açıqlanıb.

Fərid Aslan

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq