"Beşiktaş"ın baş məşqçisi bu suala sərt cavab verdi: "Türkiyədə kubok matçları keçərli deyilmi?"

img

13-02-2024 [09:29]


"Beşiktaş"ın baş məşqçisi Fernando Santos ötən axşam "Kayserispor"la qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, nəticəni ədalətli sayıb.

Santos oyunçulardan da razılıq edib: "Oyunumuza baxanda bu matçın heç-heçə bitməsi ədalətli nəticə idi. Əslində, futbolçularımın meydandakı mübarizəsindən, davranışından razıyam. Təbii ki, nəticədən yox. Gələcək üçün bəzi şeyləri düzəltmək məcburiyyətindəyik". 

Jurnalistlərdən birinin ""Beşiktaş" son 3 səfər oyununda qol ata bilmir" sualına Fernando Santos gözlənilməz cavab verib: "Kubokda vurduğumuz 2 qolu saymırsan, yoxsa burada yalnız liqadakı qolları sayılır? Türkiyədə kubok matçları keçərli deyil? İlk dəfədir ki, belə şey eşidirəm..."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq