Şakiradan şok açıqlama: "Əgər nə vaxtsa ərə getsəm..." - FOTOLAR

img

19-06-2014 [12:53]


Kolumbiyalı müğənni Şakira "Glam Belleza Latina" jurnalına maraqlı müsahibə verib.

ANS PRESS-in məlumatına görə, 37 yaşlı sənətçi oğlu Milan, sevgilisi olan İspaniya yığma komandasının futbolçusu Jerar Pike və özünə qulluqdan danışıb. Cazibədar xanım saçlarına qulluq, turne zamanı qidaladığı qidalardan da söhbət açıb. Sevgilisi və oğlu barədə ağız dolusu danışan Şakira gizlədəcəyi heç nəyin olmadığını və xoşbəxt həyat sürdüyünü bildirib. Oğlunu necə tərbiyələndirdiyi barədə söhbət açan Şakira, Milana hər gün yeni nə isə öyrətdiyini deyib.

Müsahibə zamanı pop ifaçı ailə qurmağı arzulamadığını, sevgilisi ilə xoşbəxt həyat sürmək üçün hər şeyə sahib olduğunu dilə gətirib: "Sevgi, körpə - həyatımızda hər şey var. Adi nikah heç nəyi dəyişdirməyəcək, ona görə də ailə qurmaq istəmirəm. Əgər nə vaxtsa ərə getsəm, yalnız Jerar istədiyi üçün bu addımı atacağam”.

Kolumbiyalı gözəlçə həyat tərzindən və qidalanmasından da danışıb: "İdmanla məşğul oluram, aktiv həyat tərzi sürürəm. Hazırda ən çox sevdiyim idman növü tennisdir.Turne çərçivəsində isə çoxlu rəqs edirəm, bu da mənə daim formada olmağa kömək edir. Pəhrizin qulu olmağı isə tamamiylə sevmirəm".






Digər xəbərlər
SON XƏBƏRLƏR