Təşkilat sədri yazdı, amma baş redaktorun həbsi tələb olunur

img

19-06-2014 [12:30]


Bu gün PİA.AZ-ın baş redaktoru Azər Qaramanlıya Yasamal rayon məhkəməsindən hakim Anar Rzayevin köməkçisi zəng edərək bildirib ki, 25 saylı Gəncə TSEK-in sədri Fəridə Abdullayeva onu xüsusi ittihamla məhkəməyə verib. Məhkəmə iyunun 23-nə təyin olunub.


Bu barədə Mia.az-a sözügedən xəbər portalından verilən məlumata görə, nə sayt, nə də baş redaktorun qeydiyyatı Yasamala deyil: "Ona görə də Yasamal rayon məhkəməsinin bu işi icrata götürməsi tamamilə qanuna ziddir və işə icraata götürən hakim bununla Azərbaycan qanunvericiliyindən irəli gələn hüquqi prosedoru pozmuş olub".

Qeyd edək ki, Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri İsmayılov Bəxtiyar Nəcəf oğlu 25 saylı Gəncə TSEK-in sədri Fəridə Abdullayevanı onun bacısından 7500 manat həsmində rüşvət almaqda ittiham edir və bu iddia PİA.AZ saytında Bəxtiyar İsmayılovun adından dərc olunub. 

Onu da bildirək ki, son zamanlar xüsusi ittiham qaydası ilə mətbu orqanların məhkəməyə verilməsi halları da artmağa başlayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...