Bayden Netanyahu ilə danışdı: "Etibarlı planın yoxdursa..."

img

12-02-2024 [00:29]


"Əgər Rəfahda bir milyondan çox insanın təhlükəsizliyini təmin etmək üçün etibarlı plan yoxdursa, o zaman hərbi əməliyyata başlamayın".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin ABŞ prezidenti Co Byadenlə İsrailin Baş naziri Bayden Netanyahu arasında gerçəkləşən telefon danışığı barədə açıqlamada yer alıb.

Ağ Ev-dən bildirilib ki, ABŞ prezidenti Bayden telefon danışığında Netanyahuya Misirlə sərhəddə yerləşən və 1.4 milyon qəzzalının sığındığı Rəfaha gözlənilən hücumu haqda xəbərdarlıq edib: "Bayden ona çox açıq formada mülki əhalinin təhlükəsizliyini düşünməyi tələb edib. İsrail bir milyondan çox insanın təhlükəsizliyini təmin etməlidir. Bunu edəcək planı yoxdursa, hərbi əməliyyata başlamamalıdır".

Məlumatda o da qeyd olunub ki, görüş zamanı əsirlərin azad edilməsi istiqamətində davam edən səylər də müzakirə olunub.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR