Mingəçevirdə şok olay: 41 yaşlı şəxs tir tüfəngi ilə öldürüldü (YENİLƏNİB)

img

11-02-2024 [00:31]


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Mingəçevirdəki qətllə bağlı açıqlama verib.

Mia.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb: "Tir tüfəngi öldürə bilir. Az əvvəl Mingəçevirdə dostlar arasında ehtiyatsızlıqdan baş verən hadisə ölümə səbəb olub".

***

Mingəçevir sakin öldürülüb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq