"Qalatasaray" Derrik Köhnünə nə qədər maaş verəcək? - Açıqlama

img

09-02-2024 [09:31]


"Qalatasaray" klubu Almaniyanın "Hannover 96" komandasının müdafiəçisi Derrik Köhnu heyətinə qatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub futbolçu ilə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Şərtə əsasən, onunla 2027/2028 mövsümünün sonuna qədər müqaviləni uzatmaq bəndi var

Klubdan bildirilib ki, müqaviləyə əsasən, futbolçuya 2023/2024 mövsümü üçün 300 min avro, 2024/2025 mövsümü üçün 450 min avro və 2025/2026 mövsümü üçün  500 min avro maaş ödəniləcək: "Qalatasaray" klubu "Hannover 96"ya isə 3 milyon 350 min avro transfer haqqı verib".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq