"Son diversiya həmləsinin ünvanı Naxçıvan oldu" - Ali Məclisin qəzeti yazdı

img

19-06-2014 [00:12]


Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin orqanı olan "Şərq qapısı" qəzeti ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin bəzi mətbuatın hay-küy kampaniyası ilə bağlı şərhini dərc edib.

ANS PRESS-in məlumatına görə, Mirşahin Ağayev bildirir ki, son zamanlar Azərbaycanın Müdafiə Nazirliyinə, orduya qarşı, Azərbaycanın nüvəsini sarsıtmağa yönəlik təxribatçı addımlar, müdafiə nazirinin etibardan, gözdən salınmasına yönələn məqsədyönlü hərəkətlər atılır.

"Bu istiqamətdə edilən son diversiya həmləsinin ünvanı isə Naxçıvan Muxtar Respublikası oldu. Özü də məlumatı nə qədər əcaib olsa da, Ermənistan və ya başqa bir maraqlı dövlət yox, elə özümüzünkülər, bizimkilər yaydı. Hansısa hücum əməliyyatından bəhs edildi, hansısa el dostu həkimlərdən çarə axtarıldı. Ağ, daha doğrusu, qapqara yalanlar! Heç bir səviyyədə təsdiqini tapmayan, başdan-ayağa cəfəngiyat. Qəsdən rəy yaratmağa hesablanmış təbliğat. Elə buna görə də günü sabah Azərbaycanda əsgər ölümü, ümumiyyətlə, cəmiyyətdə panika yaratmağa yönəlik xəbərləri aktuallaşdıran, pasifist meyilləri qabardanların fəallaşmasını görsəm, əsla təəccüblənmərəm. İnformasiya diversiyalarının çeşidi müxtəlif olur. Məsələn, Rusiya nazirləri bu yaxınlarda öz dövlətlərinin maraqlarına uyğun şayiələr yaymışdılar və bu da, təbii ki, səbəbsiz deyildi. Ssenari eyni idi. Hər ikisi canlı və sonrakı peşmançılıq və ya atılan daş. Amma elə saytlar var ki, bu gün də həmin xəbərləri elə baş xəbər yerinə asmaqdadır. Dövlət isə gərək zəif olmasın. O, belə halların qarşısını ən qəddar şəkildə almalı, qanunun sərt üzünü göstərməlidir. Bundan ötrü Daxili İşlər Nazirliyi var, Milli Təhlükəsizlik Nazirliyi var və yəqin ki, onların əməliyyat şəraitinin nəzarətdə olmasını sübut edən tutarlı arqumentləri var. Şərait demişkən. Cənablar, sizə elə gəlmirmi, Azərbaycanda müharibə şəraitini hələ heç kim ləğv etməyib?! Belə şəraitdə isə dövlət və tənqid, Vətən və xəyanət arasında sərhəd çox şəffaf olur", - deyə ANS Şirkətlər Qrupunun vitse-prezidenti bildirib. 

Qeyd edək ki, həqiqəti əks etdirməyən, yalan və böhtanla dolu qərəzli məlumatlar yayan müxalifət mətbuatı bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndinin guya ermənilər tərəfindən hücuma məruz qalması və kəndin boşaldılması barədə informasiya yaymışdı. "Şərq qapısı” qəzetinin əməkdaşı həmin kənddə olmuş, bu yaşayış məskəninə heç bir hücum edilmədiyini və kəndin boşaldılması barədə xəbərin qərəzli xarakter daşıması, bunun kənd sakinlərini hiddətləndirməsi barədə informasiyanı canlı olaraq müxtəlif kütləvi informasiya vasitələrinə göndərmişdi. Kənd sakinləri onlara hər hansı xəbərdarlığın edilmədiyini, kəndin öz sakit həyatını yaşadığını bildirmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...