Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
09-02-2024 [00:10]
Qoç - planları sürətlə dəyişmək lazımdır. Əsla gözləmədiyiniz, ağlınıza belə gətirmədiyiniz hadisələr baş verir. Yaşananları dərhal dürüst qiymətləndirmək mümkün deyil. Bir qədər sonra anlayacaqsınız ki, dəyişikliklər yaxşılığa doğrudur.
Müstəqil fəaliyyət və yaradıcılıq üçün yaxşı gündür. Romantik münasibətləri aktivləşdirin. İşlərin gedişatı sizdən asılıdır. Axşam saatlarında aktiv istirahətə üstünlük verin.
Buğa - yeni işə başlamaq üçün pis gün deyil. Lakin təkbaşına heç nə etməyin. Yardım, dəstək, yaxşı məsləhətə ehtiyacınız var. Xərcləri azaltmağa çalışın. Pul xərcləmək üçün münasib gün deyil. Əvvəlki günlərdən fərqli olaraq qohumlarınız işlərinizə daha çox müdaxilə edirlər. Onlar sizin yaxşılığınızı istəsələr də, yaşananlar sizi sevindirmir.
Qəfil görüşlər ola bilər. Münasibətləri sizə xoş olduğu insanın yaşamınıza qayıdışı istisna deyil. Sevdiyiniz insanla təmasları daha səmimi, həssas edə bilərsiniz. Qayğıkeş olun.
Əkizlər - prinsip etibarilə pis gün olmasa da, məhsuldar fəaliyyət çətindir. Bəzi işlər yolundadır. Amma, gerçəkdən də, diqqət tələb edən məqamlarda ehtiyatlı və səlis olun. Qüvvələrinizə, potensialınıza inanın. Mürəkkəb situasiyada işgüzar tərəfdaş və ya həmkara yardımla bağlı müraciət etmək olar. Sizi dəstəkləyəcəklər, problemlərin əksəriyyəti həllini tapacaq. Gəlirlər istisna deyil. Gördüyünüz işə görə ödəniş alacaqsınız.
Dövlət qurumlarına baş çəkmək, məmur və hakimiyyət mənsubları ilə danışıqlar aparmaq məsləhət deyil. Alış-veriş uğurlu olmayacaq.
Xərçəng - biliklərin artırılması və tədqiqat işləri, strateji planlaşdırma, yaxın gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi üçün pis gün deyil. İntellektual potensial yüksəkdir. Həll edə bilməyəcəyiz problem yoxdur. İlk baxışdan ən asan, mürəkkəb olmayan məsələlərdə çətinliklər yarana bilər. Bəzi işləri bütün səylərə rəğmən başa vurmaq mümkün deyil.
Şəxsi münasibətlərdəki problemləri qulaqardına vurmayın. Mənasız illüziyalara qapılıb boş arzulara inanmayın. Çətinliklər dəf olunandır. Praktiki olun, praqmatcasına davranın.
Şir - yaxşı gündür. Çətinliklər azdır və onların öhdəsindən gələ biləcəksiniz. Qatıldığınız tədbirdə özünüz barədə xoş təəssürat oyatmağa çalışın. Potensial sifarişçi ilə danışıqlar, sınaq, habelə önəmli saydığınız görüş üçün yaxşı gündür.
Yaxınlarınızın qəlbini qırmayın, xətrinə dəyməyin. Belədə ailə qayğıları və ev işlərinin öhdəsindən asanlıqla gələcəksiniz. Yaşlı qohumlarınız sizin fikrinizə qulaq asacaqlar. Kiçik alış-veriş üçün pis gün deyil.
Qız - günün ilk saatlarından etibarən pis çalışmayacaqsınız. Müttəfiqləri asanlıqla tapacaqsınız və uğura doğru sürətlə irəliləyəcəksiniz. İşgüzar hissiyatınız sizi yanıltmayacaq. Bugünkü anlaşma, sövdələşmə və sifarişlərin qəbulu gəlir gətirəcək. İş yerinin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə etmək, yeni işgüzar tərəfdaşlar aramaq olar. Mühüm sənədləri imzalamayın. Daha yaxşı şərtlərə nail ola bilərsiniz.
Günün ikinci yarısında vədlərə və şirnikləndirici təkliflərə aldanmayın. İstəkləriniz çox, ziddiyyətlidir. Onların reallaşdırılmasına çalışmayın, arzuları təxirə salın. Tələskənlik etməyin.
Tərəzi - günün ilk yarısı peşəkar fəaliyyət sahəsində yaranan problemlərin aradan qaldırılması və şəxsi münasibətlərdəki çətinliklərin həlli üçün əlverişlidir. Ünsiyyət, birgə layihələrin həyata keçirilməsi, müxtəlif görüşlərin zamanıdır. Yeni tanışlar sizi bəyənəcəklər. Köhnə tanışların könlünü alın. Kimsənin xətrinə dəymədən, dostları pərişan etmədən maraqlarınızı təmin edin.
Günün ikinci yarısı bir o qədər uğurlu deyil. Çoxsaylı kiçik çətinliklər yaranacaq. Bu situasiya sizi sinirləndirir, qıcıqlandırır. Səfər və səyahətdən imtina edin, fiziki işi azaldın. Səhhətinizdə kiçik problemlər yarana bilər. Başağrısı və ya yuxusuzluq istisna deyil.
Əqrəb - səhər saatlarından etibarən münaqişələr və problemlərdən yan qaçmaq mümkün deyil. Həmişə sadə və bəsit olmayan niyyət və istəklərlə yaxınlarınızın sizinlə bağlı gözləntiləri arasında güzəştli variantı tapmaq asan deyil. Həmişəki kimi inadkarlıq etməyin. Belədə münaqişə başlamamış səngiyəcək.
Günün ikinci yarısı istənilən formatlı birgə fəaliyyət üçün uğurludur. Müstəqil çalışmaq əvəzinə etibar etdiyiniz insanla əməkdaşlığa üstünlük verin. Gəlirlər istisna deyil. Rəğbət bəslədiyiniz, sevdiyiniz insanlara hədiyyə verin.
Oxatan - köklü dəyişikliklərin yaşana biləcəyi gündür. Heç nəyə təəccüblənməyin: hadisələr öz axarı ilə cərəyan etsin. Yaşananlar xeyrinizədir. Maraqlı işgüzar təlkiflər alacaqsınız. Yeni tanışlıqlar isə fəaliyyət sahəsini genişləndirməyə imkan verəcək. Bilik və bacarıqların əldə olunmasında, tədqiqatlarla irəliləyişə nail ola bilərsiniz. Emosional fon stabil deyil. Çətin olsa da, soyuqqanlı olun, təmkinli davranın. Səhhətinizə fikir verin.
Oğlaq - əvvəlcədən hazırlanmış plana riayət etmək çox çətindir. Hadisələr gözlədiyiniz kimi inkişaf etmir. Situasiyaya uyğunlaşmaq gərəkdir və bu işin öhdəsindən gəlməlisiniz. Güman etmədiyiniz yerdən yardım gələcək. Sizi çətin anda dardan qurtaran insana minnətdarlıq edin ki, sonradan inciklik olmasın. Yeni tanışlıqlar üçün pis gün deyil. Bu gün başlayacaq romantik münasibətlər ciddi və uzunömürlü olacaqlar. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Dolça - düşünəndən sonra danışıb, ölçüb-biçəndən sonra qərar qəbul edin. Yaxın ətrafınızdakı insanlar həmişə sizinlə razılaşmayacaqlar. Ola bilər ki, onlar sizin niyyət və fikirlərinizi anlamırlar. İzahatlara xəsislik etməyin. Dəstək almaq şansı var. Yardıma ehtiyacınız var.
Sevdiyiniz insanlar qarşısında sərt tələblər qoymayın. Bir qədər həlim və qayğıkeş olun. Təhsil, habelə bilik və bacarıqların əxz olunması üçün yaxşı gündür. Səfərlə səyahət sizi yoracaq. Sükan arxasında çox vaxt keçirməyin.
Balıqlar - gerçəkdən də, maraqlı və faydalı işlə məşğul olmaq üçün əlverişli zamandır. Başladığınız işi bitirin, tərəfdaşlarınızın narazılığına səbəb olmayın.
Ətrafınıza həmfikirləri toplayın, nüfuzlu müttəfiqlər tapın. Dəvət aldığınız toplantıya və ya tədbirə qatılmaqda xeyir var. Bir müddət sonra karınıza gələ biləcək yeni tanışlıqlara nail ola bilərsiniz. Alış-veriş üçün əlverişli gündür. Texnika almaq olar.
Qarşı tərəfin rəğbətini asanlıqla qazanırsınız. Lakin bu gün başlayacaq münasibətlərdə romantika az olacaq.
Milli.Az
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR