Özbəkistann millisinin futbolçusu Türkiyə klubuna keçib

img

09-02-2024 [00:08]


Özbəkistann millisinin futbolçusu Türkiyə klubuna keçib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Sivasspor" 29 yaşlı sol cinah oyunçusu Azizbek Turqunboevlə anlaşıb.

Sivasa gələn Turgunboev klubla 1,5 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, 1 oktyabr 1994-cü ildə Özbəkistanın Pap rayonunda anadan olan Azizbek Turqunboev futbola Navbahorda başlayıb. 2021-ci ildə "Paxtakor"a transfer olunub. Karyerasında 218 matça çıxan futbolçu 44 dəfə qol vurub, 16 məhsuldar ötürmə edib. 

Azizbek Turqunboev 30 dəfə Özbəkistan millisinin formasını geyinib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq