"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" qanunsuzluğa yol verib

img

08-02-2024 [16:44]


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti barəsində novbəti protokol tərtib olunub.

Məlumata görə, müvafiq qurum tərəfindən aparılan yoxlama zamanı QSC-də icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi halı aşkar edilib.

Bu hala görə QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 362-3 maddəsi ilə protokol tərtib olunub.

Sözügedən maddəyə əsasən, Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər 550 manat, vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər 3000 manat məbləğdə cərimə olunur. Təkar törədilməyə görə isə iki qat cərimə nəzərdə tutulur.

İş Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın icraatındadır.

Qeyd edək ki, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevdir. QSC barəsində bir neçə gün əvvəl İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan protokol (Valyuta tənzimi qaydalarının pozulması) tərtib edilib(Qaynarinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq