İstanbulda İŞİD-i maliyyələşdirən 15 şübhəli tutulub - Aralarında azərbaycanlı da var

img

06-02-2024 [11:36]


İstanbulda İŞİD üzvləriə qarşı dhaa bir əməliyyat keçirilib.

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Respublika Prokurorluğu məlumat byayıb.

Qeyd olunub ki, Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən həyata keçirilən əməliyyatla İŞİD üzvü olduğu müəyyən olunan A.A.-ya pul köçürən 24 şübhəli aşkarlanıb: "Aralarında Rusiya, Özbəkistan, Azərbaycan və Sudan vətəndaşlarının da olduğu həmin şübhəlilərin yaxalanması üçün göstərilən ünvanlarda əməliyyat təşkil edib. Və onlardan 15-i tutulub. Hazırda 9 şübhəlinin tutulması üçün istiqamətində fəaliyyət davam etdirilir".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR