BMT sözçüsü: "Putinin Türkiyə səfərini yaxından izləyəcəyik"

img

06-02-2024 [10:07]


"Putinin Türkiyə səfərini yaxından izləyəcəyik".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarına cavabda deyib.

"Putinin səfərində BMT rəsmisi Qara Dəniz Taxıl Dəhlizinin yenidən bərpası imkanında iştirak edəcəkmi?” sualına cavab verən  Düjarrik bildirib ki, bu səfər ikitərəfli müansibətlər çərçivəsində olacaq: "Görüşə BMT rəsmisinin qatılması məsələsi bu səbəbdən yoxdur. Ancaq əlbəttə ki, biz səfərin nəticələrini çox yaxından izləyəcəyik".

Xatırladaq ki, bundan əvvəl Moskva tərəfindən Putinin Türkiyəyə səfəri zamanı Rusiya ilə Türkiyə arasında ikitərəfli əlaqələrlə yanaşı, Ukrayna ilə bağlı da müzakirə aparılacağı qeyd olunub.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR