İsrailin müdafiə naziri: "Hizbullahla problemi diplomatik yollarla həll etməyə hazırıq"

img

05-02-2024 [09:28]


"Biz Hizbullahla problemi diplomatik yollarla həll etməyə hazırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Gallant ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteynlə görüşdə deyib.

Nazir hazırda Qəzzada davam edən müharibə ilə bağlı müşavirə ətraflı məlumat verərək, qeyd edib ki, İsrail Hizbullahla problemi diplomatik yollarla həll etməyə hazır olmaqla bərabər, həm də Livan sərhədindəki təhlükəsizlik problemi və köçkün israillilərin öz evlərinə dönmələrini də müzakirə etmə istəyir: "Düzdür, biz başqa ssenariyə də hazırıq".

Müdafiə naziri bəyan edib ki, ölkəsi Livan sərhədində təhlükəsizliyi təmin etmək və oradan hücum təhlükəsini aradan qaldırmaq əzmindədir.

2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında sərhəddə qarşıdurma var.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR