Sumqayıtda oğul anasını öldürüb

img

03-02-2024 [11:39]


Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində 65 yaşlı qadın öldürülüb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəhrəmanova Qəşəngül Fərhad qızının kəsimiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 1983-cü il təvəllüdlü Qəhrəmanov Mübariz Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq