Peskov Putinin Ankaraya gözlənilən səfərindən danışdı: "Türkiyəyə çox təzyiq edirlər..."

img

02-02-2024 [17:44]


Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Rusiya ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələri ilə yanaşı, Ukrayna da daxil olmaqla, regional məsələlər müzakirə olunacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə deyib.

O bildirib ki, səfər tarixini vaxtında açıqlayacaqlar: "Bu görüş və görüşdə aparılacaq danışıqların hər biri gündəm baxımından çox zəngindir. Bu, təbii ki, ilk növbədə Rusiya-Türkiyə ikitərəfli əlaqələri, ticarətimiz və iqtisadi əməkdaşlıq sahələrini əhatə edəcək. Təbii ki, regional məsələlər, o cümlədən Ukrayna da liderlərin gündəmi olacaq”.

Peskov qeyd edib ki, Türkiyə çox prinsipial və müstəqil mövqe tutan azsaylı ölkələr arasındadır: "Bizimlə ticari və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir. Baxmayaraq ki, Türkiyə anglosaksonlar tərəfindən çox təzyiq edilir. Amma Türkiyə öz suverenliyini qoruyur”.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR