MHP-də gərginlik: 3 təşkilatı qapadıldı - Baxçalı baş müşavirini vəzifədən azad etdi 

img

02-02-2024 [12:10]


Martın 31-də keçiriləcək bələdiyyə seçkilər öncəsi Dövlət Baxçalının lideri olduğu MHP-də sürpriz hadisə baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə MHP sədrinin müavini Semih Yalçın yayılan məlumatlaır sosial media hesabında təsdiqləyib.

O bildirib ki, Adananın Karaisalı, Saimbəyli və Yumurtalık rayon qərargahları bağlanıb, üstəlik, sədrin siyasi və bələdiyyə məsələlərdən məsul baş müşaviri Hüseyn Sözlü vəzifəsindən azad edilərək, mərkəzi intizam şurasına sövq edilib.

Xatırladaq ki, Hüseyn Sözlü 1965-ci ildə Ceyhanın Çokçapınar kəndində anadan olub. Əslən Yörükdəndir. 

O, 1999-2013-cü illərdə üç dəfə ardıcıl olaraq Milliyyətçi Hərəkat Partiyasından Ceyhan Bələdiyyə Başçısı olub. Lakin Ceyhan Bələdiyyə Başçısı olduğu dövrdə tenderlərə görə həbs olunub. O, 5 il cəıza alsa da, sonradan Qaziantep Regional Ədliyyə Məhkəməsinin qərarı bəraət alıb.

30 mart 2014-cü ildə keçirilən seçkilərdə 33,51% səslə Adana Böyükşəhər Bələdiyyə Başçısı seçildi. 2019-cu ildə Cumhur Alyansının Adana Böyükşəhər Bələdiyyə Başçılığına namizədi oldu bə uduzub.

Bundan sonra o, MHP sədri Dövlət Baxçalının baş müşaviri vəzifəsinə təyin olunub.

Lamiyə Əhmədli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq