Türkiyədə sensasiyalı olay: Amerika şirkətinə məxsus fabrikə basqın oldu, işçilər girov götürüldü - İsrailə görə (FOTOLAR) - Yenilənib

img

01-02-2024 [23:42]


Türkiyənin Kocaeli şəhəri, Gebze rayonunda Amerika şirkətinə məxsus fabrikin əsas binasına basqın olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bakı vaxtilə saat 16.00-da  ABŞ-ın P&G şirkətinə məxsus fabrikin əsas binasına basqın edən şəxs oradakı işçiləri girov götürüb. 

Məlumata görə, hadisə yerinə xüsusi təyinatlı qruplar yönəldilib.

Kocaeli valisi Seddar Yavuz da məlumat almaq üçün bölgəyə gedib. Fabrikin yerləşdiyi küçə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün bağlanıb.

Türkiyə mətbuatı ilkin iddialara əsaslanaraq yazır ki, basqın edən şəxs bu əməli İsrailin Qəzzadakı hücumları ilə əlaqələndirib... 

***

Son məlumata görə, İbrahim Y. tərəfindən girov götürülən işçilər 9 saatdan sonra xilas edilib.

Mia.az xəbər verir ki, o, tualetə gedən girovları məcburi qısa müddətlik nəzarətsiz buraxıb. Bunu fürsət bilən polislər əməliyyat düyməsinə basıb və İbrahim Y. yaxalanıb: "Artıq girovla sağ-salamat ailələrinə qovuşublar...".

Zülfiyyə

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR